Content     News



English Super League 2014/15 South Group
Team P W D L Pts
1 Baku United FC 5 5 0 0 15
2 FC Baltic United 5 3 0 2 9
3 Helvecia Futsal Club 4 2 1 1 7
4 Genesis Futsal Club 4 5 0 5 6
5 West London Futsal 4 1 1 2 4
6 City of London Futsal Club 4 1 1 2 4
7 FC Siauliai 3 0 1 2 1
8 Maccabi Futsal Club 3 0 0 3 0

HOME > NEWS > What the Media Says
“Baku United” ikinci dəfə İngiltərə çempionu oldu

“Qafqazinfo” xəbər verir ki, “Baku United” bu gün ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionatının qalibi olmuş və növbəti sezon İngiltərəni UEFA Futzal Kubokunda təkrar təmsil edəcək. Qeyd etmək lazımdır ki, “Baku United” cari sezonun şəksiz favoriti olub. Sezon ərzində “bakılılar” cəmi bir oyunu heç-heçə bitirərək digər bütün qarşılaşmalardan qalib ayrılmış və rəqib qapılarından 120-dən çox qol keçiriblər.

Bu gün İngiltərə Futzal Assosiasiyasının Mərkəzi – “Seynt Corc Park”da keçirilən Böyük Finalda “Baku United”dən başqa “Helvesia”, “Mançester FK” və “Lofboro” klubları ilə üz-üzə gəliblər. Püşkatmanın nəticəsinə görə, “Baku United” yarımfinalda əzəli rəqibi “Helvesia” ilə qarşılıblar. 

Beləliklə, “Baku United” futzal klubu İngiltərənin 2013-2014 sezonunun çempionu adını qazanıb. Klubun vitse-prezidenti, “Odlar Yurdu” təşkilatının İdarə Heyətinin üzvü İlqar Nağıyevin bildirdiyinə görə, “Baku United” sadəcə idman layihəsi deyil və onun əsas məqsədi Böyük Britaniya ictimaiyyətinin ölkəmizin tarixi, mədəniyyəti və keçdiyi inkişaf yolu haqqında məlumatlandırılmasıdı. İlqar Nağıyevin söylədiyinə əsasən Bakı adını daşıyan və gerbində şəhərin rəmzləri olan klubun İngiltərə kimi ölkənin UEFA yarışlarında yeganə təmsilçisi olması qürurvericidi.

http://qafqazinfo.az/xeber-baku-united-ikinci-df-ngiltr-cempionu-oldu-t84560.html