Content     News



English Super League 2014/15 South Group
Team P W D L Pts
1 Baku United FC 5 5 0 0 15
2 FC Baltic United 5 3 0 2 9
3 Helvecia Futsal Club 4 2 1 1 7
4 Genesis Futsal Club 4 5 0 5 6
5 West London Futsal 4 1 1 2 4
6 City of London Futsal Club 4 1 1 2 4
7 FC Siauliai 3 0 1 2 1
8 Maccabi Futsal Club 3 0 0 3 0

HOME > NEWS > What the Media Says
“Baku United” İngiltərə çempionu oldu

Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionu olub.

ANS PRESS-in məlumatına görə, “Baku United” may ayının 31-də ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionatının qalibi olmuş və növbəti mövsüm UEFA Futzal Kubokunda təmsil olunmaq hüququ qazanıb. 

Qeyd dək ki, “Baku United” cari mövsüm çempionatın şəksiz favoriti olub. Belə ki, “bakılılar” cəmi bir oyunu heç-heçə bitirərək digər bütün qarşılaşmalardan qalib ayrılmış və rəqib qapılarından 120-dən çox qol keçirmişlər.

May ayının 31-də İngiltərə Futzal Assosiasiyasının Mərkəzi – “Seynt Corc Park”da keçirilən Böyük Finalda “Baku United”dən başqa “Helvesia”, “Mançester FK” və “Lofboro” klubları ilə üz-üzə gəlmişlər. Püşkatmanın nəticəsinə görə, “Baku United” yarımfinalda əzəli rəqibi “Helvesia” ilə qarşılaşmışdır. Qeyri-rəsmi final adlandırılan bu qarşılaşmada “Baku United” 3-1 hesabı ilə qalib gələrək, finala yüksəlmişdir. Final qaşılaşmasında “Baku United”in rəqibi “Lofboro”ya qalib gəlmiş “Mançester futzal klubu” olmuşdur. Oyun tamamilə “bakılıların” üstünlüyü şəraitində keçmiş və nəticədə komandamız rəqibini 5-1 hesabı ilə darmadağın etmişdir.

Beləliklə, “Baku United” futzal klubu İngiltərənin 2013-2014 sezonunun çempionu adını qazanmışdır. Klubun vitse-prezidenti, “Odlar Yurdu” təşkilatının İdarə Heyətinin üzvü İlqar Nağıyevin bildirdiyinə görə, “Baku United” sadəcə idman layihəsi deyil və onun əsas məqsədi Böyük Britaniya ictimaiyyətinin ölkəmizin tarixi, mədəniyyəti və keçdiyi inkişaf yolu haqqında məlumatlandırılmasıdır. İlqar Nağıyevin söylədiyinə əsasən Bakı adını daşıyan və gerbində şəhərin rəmzləri olan klubun İngiltərə kimi ölkənin UEFA yarışlarında yeganə təmsilçisi olması qürurvericidir.

http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=274618