Content     News



English Super League 2014/15 South Group
Team P W D L Pts
1 Baku United FC 5 5 0 0 15
2 FC Baltic United 5 3 0 2 9
3 Helvecia Futsal Club 4 2 1 1 7
4 Genesis Futsal Club 4 5 0 5 6
5 West London Futsal 4 1 1 2 4
6 City of London Futsal Club 4 1 1 2 4
7 FC Siauliai 3 0 1 2 1
8 Maccabi Futsal Club 3 0 0 3 0

HOME > NEWS > What the Media Says
“Baku United” ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionu adını qazanmışdır

Bakı, 1 iyun (AzərTAc). Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionatında zəfər yürüşünü davam etdirir.

“Baku United” mayın 31-də ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionatının qalibi olmuşdur və növbəti mövsüm bu ölkəni UEFA Futzal Kubokunda təkrar təmsil edəcəkdir. “Baku United” cari mövsümün şəksiz favoriti olmuşdur. Mövsüm ərzində “bakılılar” cəmi bir oyunu heç-heçə bitirərək digər bütün qarşılaşmalardan qalib ayrılmış və rəqib qapılarından 120-dən çox qol keçirmişlər.

İngiltərə Futzal Assosiasiyasının mərkəzi – “Seynt Corc Park”da keçirilən final yarışında “Baku United”dən başqa “Helvesia”, “Mançester FK” və “Lofboro” klubları üz-üzə gəlmişlər. Püşkatmanın nəticəsinə görə, “Baku United” yarımfinalda əzəli rəqibi “Helvesia” ilə qarşılaşmışdır. Qeyri-rəsmi final adlandırılan bu qarşılaşmada “Baku United” 3:1 hesabı ilə qalib gələrək finala yüksəlmişdir. Final qarşılaşmasında “Baku United”in rəqibi “Lofboro”ya qalib gəlmiş “Mançester” futzal klubu olmuşdur. Oyun tamamilə “bakılıların” üstünlüyü şəraitində keçmiş və nəticədə komandamız rəqibini 5:1 hesabı ilə darmadağın etmişdir.

Beləliklə, “Baku United” futzal klubu İngiltərənin 2013-2014 mövsümünün çempionu adını qazanmışdır.

Klubun vitse-prezidenti, “Odlar Yurdu” təşkilatının idarə heyətinin üzvü İlqar Nağıyev bildirmişdir ki, “Baku United” sadəcə idman layihəsi deyil və onun əsas məqsədi Böyük Britaniya ictimaiyyətinin ölkəmizin tarixi, mədəniyyəti və keçdiyi inkişaf yolu haqqında məlumatlandırılmasıdır. İlqar Nağıyev demişdir ki, Bakı adını daşıyan və gerbində şəhərin rəmzləri olan klubun Böyük Britaniya kimi ölkənin UEFA yarışlarında yeganə təmsilçisi olması qürurvericidir.

http://www.azertag.com/node/1235608